“Barselona” Rodri üçün “Mançester Siti”yə 45 milyon avroluq təklif göndərib İDDİA
“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini transfer etmək üçün ilk rəsmi təklifini irəli sürüb.
AzMedia.Az xarici mənbəyə istinadən məlumat yayıb.
Mənbənin iddiasına görə, Kataloniya təmsilçisi İngiltərə klubuna 45 milyon avro məbləğində təklif göndərib. Təklifə əlavə bonuslar da daxildir.
Bildirilib ki, “Mançester Siti” rəhbərliyi bu məbləğin danışıqlara başlamaq üçün kifayət etmədiyini düşünür. Klub ispaniyalı yarımmüdafiəçinin transferi üçün təxminən 80 milyon avro tələb edir.
Hazırda tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, Rodri 2019-cu ildən "Şəhərlilər"in şərəfini qoruyur. Klubla müqavilə müddəti 2027-ci ilin yayında qədərdir. Transfer qiyməti 55 milyon avro təşkil edir.


