Mingəçevirdə yolu keçən piyadanı motosiklet vurdu

Mingəçevirdə yolu keçən piyadanı motosiklet vurdu

Mingəçevirdə motosiklet piyadanı vurub. 

Azmedia.Az-ın məlumatına görə, hadisə az əvvəl Mingəçevir şəhərinin Təbriz küçəsində baş verib. Yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Elmin Nuriyevi motosiklet vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov

Azmedia.Az