Xırdalan–Sumqayıt qatarları yenidən hərəkətə başlayır
Bakı–Xırdalan–Sumqayıt istiqamətində sərnişin qatarlarının hərəkəti yeni tədris ilinə qədər bərpa ediləcək.
Azmedia.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmisi məlumat verib. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmir yolu xətlərinin altından yeni avtomobil yolu keçidinin tikintisi tamamlanıb.
Bununla əlaqədar Xırdalan–Sumqayıt istiqamətində sərnişindaşımanın bərpası üçün hazırlıq işlərinə başlanılıb. Hazırda ərazidə yol infrastrukturuna baxış keçirilir və yeni reyslərdə istifadə olunacaq qatarların təmiri davam etdirilir.
Bütün hazırlıq işləri başa çatdıqdan sonra Bakı–Xırdalan–Sumqayıt marşrutu üzrə qatarların hərəkəti yeni tədris ili başlayana qədər bərpa olunacaq.
Qatarlar əvvəlki qaydada həftənin bütün günləri mövcud dayanacaqlar üzrə hərəkət edəcək.


