Azərbaycanda əhalinin nominal gəlirləri 9,8 faiz artıb - AÇIQLAMA

Azərbaycanda əhalinin nominal gəlirləri 9,8 faiz artıb -

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirlərinin ümumi həcmi 55 milyard 631,8 milyon manat təşkil edib.

Azmedia.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.

Qeyd olunub ki, əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artıb.

Beləliklə, cari ilin ilk yeddi ayında ölkə əhalisinin gəlirlərində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq artım qeydə alınıb.