İlham Əliyev: Azərbaycan regionda enerji problemi olmayan nadir ölkələrdəndir

İlham Əliyev: Azərbaycan regionda enerji problemi olmayan nadir ölkələrdəndir

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin yerləşdiyi regionda elektrik enerjisi ilə bağlı problem yaşamayan nadir ölkələrdən biri olduğunu bildirib.

Azmedia.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın yerləşdiyi regionda elektrik enerjisi ilə bağlı problem yaşamayan nadir ölkələrdən biri məhz Azərbaycandır.

Prezident qeyd edib ki, müxtəlif səbəblərdən regionda enerji böhranı yaşanır və bu böhranın daha da dərinləşməsi mümkündür.

İlham Əliyevin sözlərinə görə, bölgədə davam edən müharibələr, artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər enerji sahəsində vəziyyətə təsir göstərir.

“İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”, – deyə dövlət başçısı vurğulayıb.