Vəzifə borcunu səhv anlayan polis əməkdaşı - vətəndaşa qarşı kobud davranış! - VIDEO
Qanun keşikçisinin qanundan kənar davranışları sosial şəbəkələrdə ciddi narazılıq yaradıb.
Azmedia.Az xəbər verir ki, kadrlarda polis əməkdaşının vətəndaşa qarşı kobud davranışı və fiziki müdaxiləsi açıq şəkildə görünür. Bu cür qanundan kənar davranışlar izləyicilər tərəfindən kəskin tənqid olunub və məsələ geniş müzakirələrə səbəb olub.
Görünən odur ki, bəzi hüquq-mühafizə əməkdaşları nə hüquq tanıyır, nə də vətəndaşları mühafizəsinə önəm verir. Cəmiyyət hesab edir ki, hüquq-mühafizə orqanları vətəndaşlarla münasibətdə qanun çərçivəsində, etik normalara uyğun davranmalıdır. Baş verən hadisə isə bu prinsiplərə zidd kimi qiymətləndirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Babək
Azmedia.Az


