Bu tarixədək qeyri-sabit hava davam edəcək - XƏBƏRDARLIQ

Bu tarixədək qeyri-sabit hava davam edəcək -

Azərbaycanda yaxın günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Azmedia.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata  görə, bölgələrdə yağıntılı hava şəraitinin avqustun 14-dək davam edəcəyi proqnozlaşdırılır. Bəzi ərazilərdə yağışların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Məlumata əsasən, avqustun 11-12-də dağlıq və dağətəyi rayonlarda yağıntıların daha da güclənməsi mümkündür.

Yağıntılı hava çaylarda sululuğun artmasına səbəb ola bilər. Bəzi dağ çaylarında isə qısamüddətli sel hadisəsinin baş verməsi istisna edilmir.