Azərbaycanda gecə saatlarında güclü yanğın BAŞLADI - FOTOLAR

Azərbaycanda gecə saatlarında güclü yanğın

Füzulinin iki kəndində güclü yanğın başlayıb.

Azmedia.Az xəbər verir  ki, yanğın rayonun Yuxarı Dilağardı və Veysəlli kəndləri ərazisində qeydə alınıb. Yanğın minalardan təmizlənməmiş ərazilərdə davam etdiyindən onun söndürülməsi çətinləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları cəlb olunub.

Yanğın baş verən ərazilərdə polis əməkdaşları xidmətə cəlb olunublar.//qafqazinfo