Samuxda qarayara xəstəliyinə görə post quraşdırıldı - FOTOLAR
Samux rayonunun Alıuşağı kəndində qarayara xəstəliyi ilə bağlı post quraşdırılıb.
Azmedia.Az xəbər verir ki, kənddə avtomobillərin hərəkəti tam şəkildə açıqdır.
Postda əsasən kənd ərazisindən ət, həmçinin ət və süd məhsullarının daşınmasına nəzarət olunur.
Ərazidə Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Baytarlıq İdarəsinin rəsmilərinin olduğu bildirilir.
Yol üzrə hərəkət edən avtomobilər dezinfeksiya edilir. Bundan əlavə, kənddə olan iri təsərrüfatlarda dezbaryerlər yaradılıb.//qafqazinfo


