Ağdaşda avtomobil su kanalına aşıb: Sürücü yaralanıb
Ağdaşda avtomobil su kanalına aşıb, sürücü xəsarət alıb
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Ağdaş rayonunda Ağzıbir və Kotavan kəndləri arasındakı sərt döngədə baş verib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı su kanalına aşıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1985-ci il təvəllüdlü rayon sakini Zakirov Ramil Almurad oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


