Alperen Duymaz və Demet Özdemir eyni layihədə? - Yeni serial xəbəri gündəmdə

Alperen Duymaz və Demet Özdemir eyni layihədə? -

Məşhur aktyorların yeni layihədə tərəf müqabili olacağı iddia edilir.

Azmedia.Az xəbər verir ki, Türkiyənin məşhur aktyorları Alperen Duymaz və Demet Özdemirin Ay Yapım imzalı yeni serial layihəsində bir araya gələcəyi iddia olunur.

Sosial mediada yayılan məlumata görə, iki aktyorun eyni layihədə baş rolları paylaşacağı bildirilir. Lakin serialın adı və layihənin digər detalları hələlik gizli saxlanılır. Xəbər hazırda əsasən sosial media paylaşımına əsaslanır və tərəflərdən rəsmi açıqlama verilməyib. 

Alperen Duymazın Ay Yapım ilə əməkdaşlığı artıq məlumdur; aktyor şirkətin 2026-cı ildə yayımlanan “Doğanın Kanunu” layihəsində baş rolda yer alıb. 

Demet Özdemirin isə hazırda yeni layihə ilə bağlı qərarını bir müddət təxirə saldığı barədə məlumat yayılıb. 

İzləyicilər isə sosial şəbəkələrdə “Alperen Duymaz və Demet Özdemiri tərəf müqabili kimi görmək istəyirsinizmi?” sualını müzakirə edirlər.