Sükan arxasında səhhəti pisləşdi, qəza törətdi - Anbaan görüntülər - VİDEO
Yevlax-Bərdə avtomobil yolunda sürücünün törətdiyi qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Azmedia.Az xəbər verir ki, videoda “Lada” markalı avtomobilin bir neçə dəfə qarşı hərəkət zolağına çıxdığı və qəza şəraiti yaratdığı görünür. Daha sonra avtomobil öz yolu ilə hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb. Görüntülərin yayılmasından sonra bəzi şəxslər videonu çəkən vətəndaşı tənqid ediblər. Onlar sürücüyə xəbərdarlıq edilməsinin və bununla da qəzanın qarşısının alına biləcəyinin mümkün olduğunu bildiriblər. Məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Həmçinin hadisəni törədən sürücünün şəkərli diabetdən əziyyət çəkdiyi və sükan arxasında səhhətinin pisləşməsi səbəbindən qəzanın baş verdiyi bildirilir.//qafqazinfo
Həmin görüntüləri təqdim edirik:


