İlham Əliyev: Günəş enerjisi istehsalı üçün ən əlverişli ərazi Naxçıvandır

İlham Əliyev: Günəş enerjisi istehsalı üçün ən əlverişli ərazi Naxçıvandır

Naxçıvanın Günəş enerjisi sahəsində böyük potensiala malik olduğu və elektrik enerjisi istehsalı üçün Azərbaycanın ən əlverişli məkanına çevrildiyi bildirilib.

Azmedia.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, aparılan monitorinq və dəqiq təhlillər əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır.

İlham Əliyev qeyd edib ki, artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib. Onun sözlərinə görə, həmin ərazidə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşa edilməsi nəzərdə tutulur.