Co Bayden uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı
ABŞ-nin sabiq prezidenti Co Bayden səhhəti ilə bağlı yayılan son məlumatlardan sonra ilk dəfə ictimaiyyət arasında görüntülənib.
Azmedia.Az xarici mənbəyə istinadən xəbər verir ki, 83 yaşlı Bayden Delaver ştatının Uilminqton şəhərində kilsədə keçirilən mərasimdən çıxarkən kameralara tuş gəlib. Nəşr onun əvvəlki görüntüləri ilə müqayisədə daha zəif göründüyünü qeyd edib.
Xatırladaq ki, Hanter Bayden atasının prostat xərçənginin digər orqanlara yayıldığını açıqlamışdı. Onun sözlərinə görə, xəstəlik keçmiş prezidentdə güclü ağrılara səbəb olur.
Məlumata görə, Co Bayden 2025-ci ilin oktyabrında prostat xərçənginə görə şüa və hormon terapiyası keçib.


