Avropada futbol mövsümü start götürür: Azərbaycan Premyer Liqası və Türkiyə Super liqası bu gün, La Liqa isə sabah başlayır
Yeni futbol mövsümü ölkə çempionatlarında start götürür. Azərbaycan Premyer Liqası və Türkiyə Super Liqasında 2026/27 mövsümü bu gün İspaniya La Liqasında isə 15 avqustdan etibarən ilk tur oyunları keçiriləcək.
Azmedia.Az xəbər verir ki, Misli Premyer Liqasında ilk turun açılış qarşılaşması bu gün “Turan Tovuz” – “Qəbələ” matçı olacaq. Görüş saat 19:30-da başlayacaq.
Türkiyə Super Liqasında da 2026/27 mövsümü 14 avqustda start götürəcək. İlk turda “Qalatasaray” doğma meydan – “Çorum -u qəbul edəcək ”, Digər klublardan "Fənərbağça", Trabzonspor” 16 avqust, "Beşiktaş"isə 17 avqustda ilk matçlarına çıxacaqlar.
İspaniya La Liqasında isə yeni mövsüm 15 avqustda başlayacaq. Açılış matçında “Alaves” doğma meydanda “Xetafe”ni qəbul edəcək. “Real Madrid” və “Barselona” isə ilk turda meydana çıxmayacaq.
Beləliklə, futbol azarkeşlərini qarşıdakı günlərdə Azərbaycan, Türkiyə və İspaniya çempionatlarında yeni mövsümün həyəcanı gözləyir.


