Türkiyədə dəhşətli YANĞIN: Sürətlə YAYILIR

Türkiyədə dəhşətli YANĞIN:

Türkiyənin cənub-qərbindəki Muğla əyalətində bir sıra meşə yanğınları ilə mübarizə davam edir.

Azmedia.Az xəbər verir ki, bölgənin Milas, Fethiye, Menteşe, Kavaklidere və Ortaça da daxil olmaqla bir neçə rayonunda yanğınlar qeydə alınıb.

Ən çətin ərazilərdən biri də Milas bölgəsi olub. Güclü külək səbəbindən Gürcamlar və Kazıklı-Bozbük yaşayış məntəqələri yaxınlığında baş verən yanğın sürətlə yayılıb. Hadisə yerinə meşə təsərrüfatı xidməti bölmələri və yanğınsöndürmə briqadaları göndərilib.