“Qarabağ”dan möhtəşəm geridönüş – “Dinamo” Kiyevi mübarizədən kənarlaşdırdı! VİDEO
Azərbaycan futbolunun flaqmanı “Qarabağ” UEFA Konfrans Liqasında adını pley-off mərhələsinə yazdırıb.
Azmedia.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”sunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə isə Aleksey Kaşuk fərqlənərək komandasının üstünlüyünü artırıb.
Qeyd edək ki, Polşada keçirilən ilk qarşılaşmada “Qarabağ” 0:1 hesabı ilə məğlub olmuşdu. İki oyunun ümumi nəticəsinə görə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” pley-offa yüksəlib.
“Köhlən atlar” pley-off mərhələsində “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.


