Qazinin əməliyyatdan sonra ölümü: ailəsi xəstəxananı günahlandırır - FOTO
39 yaşlı Mingəçevirli Vətən müharibəsi qazisi əməliyyatdan sonra vəfat edib
Azmedia.Az-ın məlumatına görə, Vətən müharibəsi qazisi, gizir Cəlilov İlqar Radik oğlu əməliyyatdan sonra vəfat edib.
Bildirilib ki, o, əvvəlcə Mingəçevirdə yerləşən özəl tibb müəssisəsi – Regional Hospitalda ürək-damar sistemi ilə bağlı müayinə və müalicə alıb. Müayinələr zamanı ürək damarlarında tutulma olduğu müəyyən edildikdən sonra İlqar Cəlilov əməliyyat üçün Bakıdakı Medera Hospitala köçürülüb.
Əməliyyatdan qısa müddət sonra qazi dünyasını dəyişib.
Qeyd edək ki, mərhumun bacısı Kərimli Nəzrin Radik qızı qardaşının vaxtsız ölümünə tibb müəssisəsinin əməkdaşlarının səhlənkar münasibətinin səbəb olduğunu iddia edir.
Hadisə ilə bağlı qarşı tərəfin mövqeyi hələlik məlum deyil.
Ehtiram Muradov
Azmedia.Az


