SON DƏQİQƏ: Bakının bəzi ərazilərində işıqlar sönəcək SAATLAR AÇIQLANDI

SON DƏQİQƏ: Bakının bəzi ərazilərində işıqlar sönəcək

Bakının bir sıra ərazilərində təmir-təftiş işləri ilə əlaqədar avqustun 10-da elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. İşığın kəsiləcəyi ünvanlar və saatlar açıqlanıb.

Azmedia.Az xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə paytaxtın bir sıra ərazilərində yerləşən Transformator Məntəqələrində təmir-təftiş işləri aparılacaq.

Yasamal rayonunda Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab və Elşən Müslümov küçələrinin bəzi hissələrində 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Nərimanov rayonunda isə Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi ərazilərində 09:00-dan 12:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

Aparılan işlər başa çatdıqdan sonra sözügedən ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.