Netanyahu AXTARIŞA VERİLDİ
Türkiyə İsrail Baş naziri Benyamin Netanyahunu “qırmızı bülleten”lə axtarışa verib.
Azmedia.Az xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb.
Netanyahu və onunla birlikdə təqsirləndirilən şəxslərə bəşəriyyətə qarşı cinayət, soyqırımı, işgəncə, əmlaka zərər vurma, adam oğurluğu və ya qanunsuz həbs, nəqliyyat vasitələrinin hərəkətinə mane olma və digər maddələr üzrə ittiham irəli sürülüb.//ajans


