Qarabağ kanalında batan şəxsin meyiti tapılıb
Qarabağ kanalının Bərdə rayonu ərazisində batan şəxsin meyiti tapılıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, 1967-ci il təvəllüdlü Binnətov Rəsul İbiş oğlunun meyiti kanalın Ağcabədi rayonu ərazisindən keçən hissəsində müəyyən olunub. FHN-nin Aran Dalğıc Axtarış qrupu onun meyitini sudan çıxararaq aidiyyatı üzrə təhvil verib.
Ehtiram Muradov
Azmedia.Az


