“Barselona”nın Bakıdakı oyununda faciə: Matçı izləməyə Rusiyadan gəlmiş azarkeş öldü!
Bakıda keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.
Azmedia.Az xəbər verir ki, hadisə UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində baş tutan görüşün ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.
Qarşılaşmanı tribunadan izləyən, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil səhhəti pisləşib. O, stadionda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə olunması üçün morqa təhvil verilib.
İlkin ehtimala əsasən, azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

