İlham Əliyev San Marino rəhbərliyini milli bayram münasibətilə təbrik edib-

İlham Əliyev San Marino rəhbərliyini milli bayram münasibətilə təbrik edib-

Azərbaycan Prezidenti İlham Əliyev San Marino Respublikasının milli bayramı münasibətilə ölkənin Regent Kapitanlarını təbrik edib.

Azmedia.Az xəbər verir ki, dövlət başçısı San Marino Respublikasının Regent Kapitanları Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu ünvanlayıb.

Məktubda Prezident İlham Əliyev San Marino Respublikasının milli bayramı münasibətilə öz adından və Azərbaycan xalqı adından ölkə rəhbərliyini və San Marino xalqını səmimi-qəlbdən təbrik edib.

Dövlət başçısı təbrikində Regent Kapitanlara möhkəm cansağlığı, xoşbəxtlik və məsul fəaliyyətlərində uğurlar, San Marino xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.