Azərbaycanda istehsal olunan avtomobillərlə bağlı YENİ GÜZƏŞT: 7 il ƏDV tutulmayacaq
Azərbaycanda yerli avtomobil istehsalının təşviqi məqsədilə yeni vergi güzəşti tətbiq ediləcək. Müəyyən texnoloji tələblərə cavab verən avtomobillərin satışı yeddi il müddətində ƏDV-dən azad olunacaq.
Azmedia.Az xəbər verir ki, 2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı yeddi il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
Vergi güzəşti istehsalı müəyyən texnoloji tələblərə cavab verən nəqliyyat vasitələrinə şamil olunacaq.
Xüsusilə, ƏDV güzəştindən yararlanmaq üçün avtomobillər qaynaq və rəngləmə işləri də daxil olmaqla, tam sənaye yığım mərhələlərindən keçməklə istehsal edilməlidir.
Beləliklə, Azərbaycanda avtomobil istehsalı ilə bağlı müəyyən edilmiş tələblərə əməl olunması şərtilə, sözügedən vergi güzəşti 1 yanvar 2027-ci il tarixindən etibarən yeddi il müddətində qüvvədə olacaq.



