Mal əti yenə bahalaşdı: bir ayda qiymət 1 manatdan çox yüksəlib-

Mal əti yenə bahalaşdı:

Ətin qiymətində müşahidə olunan artım alıcıların seçimlərinə və satışlara təsir göstərməyə başlayıb.

Azmedia.Az xəbər verir ki, mal ətinin qiyməti son bir ay ərzində yenidən yüksəlib. Bu müddətdə məhsulun kiloqramında 1 manatdan çox bahalaşma qeydə alınıb.

Qiymət artımının satışlara da təsir etdiyi bildirilir. Məlumata görə, bahalaşmanın əsas səbəbləri arasında heyvan bazarında qıtlığın yaranması və yem xərclərinin artması göstərilir.

Bununla yanaşı, bəzi ərazilərdə quzu ətinin qiymətində artım müşahidə olunmadığı qeyd edilir.