Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib – Azərbaycan radiosunun tanınmış siması dünyasını dəyişdi
Azərbaycanın tanınmış idmançısı və radio aparıcısı, Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib.
Azmedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Televiziyası (AzTV) məlumat yayıb.
Züleyxa Hacıyeva uzun illər Azərbaycan radiosunda aparıcılıq fəaliyyəti ilə tanınıb. O, 1942–1992-ci illərdə radio efirində müxtəlif proqramların hazırlanması və təqdimatında iştirak edib.
Əməkdar artist “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və digər verilişlərin aparıcısı olub.
Züleyxa Hacıyeva eyni zamanda idman sahəsində də mühüm uğurlara imza atıb. O, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançısından biri kimi tanınıb.
Peşəkar fəaliyyətinə görə SSRİ idman ustası adına layiq görülən Züleyxa Hacıyeva gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olub.


