Paytaxtda hoteldə FACİƏ: 46 yaşlı kişi qəfil həyatını itirdi!
Bakıda hoteldə ölüm hadisəsi baş verib.
Azmedia.Az xəbər verir ki, hadisə noyabrın 22-də paytaxtın Babək prospektində yerləşən “Günəşli” hotelində qeydə alınıb.
Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Ə. Şirinovun infarkt nəticəsində vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

