Gürcüstan mediasının nümayəndələri Xankəndidə olublar- FOTO

Gürcüstan mediasının nümayəndələri Xankəndidə olublar-

Gürcüstandan Azərbaycana səfər edən media nümayəndələri Xankəndidə bir sıra məkanlarla tanış olublar.

Azmedia.Az xəbər verir ki, Gürcüstandan gələn jurnalist və bloqerlərdən ibarət nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.

Səfərin ilk ünvanı Zəfər meydanı olub. Burada qonaqlara şəhərin ümumi görünüşü, ətraf ərazilər və mövcud infrastruktur barədə məlumat verilib.

Daha sonra nümayəndə heyəti Zəfər parkına baş çəkib. Media təmsilçiləri 44 günlük Vətən müharibəsinə həsr olunmuş memorial komplekslə tanış olublar.

Proqram çərçivəsində qonaqlar Zəfər tağında yerləşən muzeyə də baxış keçiriblər. Səfərin sonunda onlar tağın zirvəsindən Xankəndinin panoramik mənzərəsini izləyiblər.

///report.az