İrandan Rusiyaya gedən soğan yükündən narkotik çıxdı: 25,5 kiloqram marixuana- FOTO-VİDEO

İrandan Rusiyaya gedən soğan yükündən narkotik çıxdı: 25,5 kiloqram marixuana-

Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya daşınan yük nəqliyyat vasitəsinə gömrük əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb.

Azmedia.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində qurudulmuş marixuananın qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Məlumata görə, hadisə idarənin “Biləsuvar” gömrük postunda qeydə alınıb. Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə soğan” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin iştirakı ilə əsaslı yoxlamaya cəlb olunub.

Yoxlama zamanı yükün yerləşdirildiyi taxta paletlərin alt hissəsində kustar üsulla hazırlanmış gizli saxlanc yeri müəyyən edilib.

Həmin hissədən gömrük nəzarətindən gizlədilən 80 bağlamada ümumi xalis çəkisi 25 kiloqram 570 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.