Yevlaxda ağır qəza: TIR VİTA ilə toqquşdu, 1 nəfər öldü, 1 nəfər yaralandı
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. TIR tipli yük avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər xəsarət alıb.
Azmedia.Az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Belə ki, TIR tipli yük avtomobili kiçik tutumlu sərnişin avtobusu ilə toqquşub.
İlkin məlumata əsasən, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
Azmedia.Az



