Mingəçevirdə “BMW” və “VAZ-2110” toqquşub: Yaralanan var - VİDEO

Mingəçevirdə “BMW” və “VAZ-2110” toqquşub:

Mingəçevirdə yol qəzası olub, yaralanan var.

Azmedia.Az-ın məlumatına görə, hadisə Mingəçevir şəhərinin Heydər Əliyev prospektində baş verib.

“BMW” və “VAZ-2110” markalı avtomobillərin toqquşması nəticəsində “BMW”də olan kişi sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Zərbənin təsirindən “VAZ-2110” yolun əks istiqamətinə dönərək nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət yaradıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az