Vətəndaşların diqqətinə! Gedişhaqları 1 manat olur? Ekspertdən AÇIQLAMA

Vətəndaşların diqqətinə! Gedişhaqları 1 manat olur?

Son günlər avtobuslarda gedişhaqqının bir nəfər üçün 1 manat müəyyən ediləcəyi barədə xəbərlər yayılıb. Bu məsələ ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. İnsanlar yeni qiymətin həm sərnişinlərə, həm də nəqliyyat xidmətlərinin keyfiyyətinə necə təsir göstərəcəyini düşünürlər. Gedişhaqqının 1 manata qaldırılması sərnişinlər nə dərəcədə doğrudur?

Azmedia.Az xəbər verir ki, mövzu ilə bağlı medianews-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirdi ki, avtobuslarda gedişhaqlarının artacağını ehtimal etmək olar və ehtimal da edirik. Onun sözlərinə görə, hazırda 50-55 qəpik olan gedişhaqlarda 10-15 qəpiklik azacıq artım görünə bilər, lakin kəskin artım gözlənilmir.

“Çünki bu, daha çox xərclər və valyuta tələb edir, vətəndaşlar isə bu artıma asanlıqla razılaşmayacaq. Ümumiyyətlə, heç bir cəmiyyətdə qiymət artımı sevilmir və müsbət qarşılanmır. Azərbaycanda da vəziyyət eynidir. Mənim fikrimcə, qiymət artımına getməmək daha məsləhətlidir”, – deyə ekspert vurğulayıb.

O, əlavə edib ki, qiymət artımı baş verəcəksə, bu, vətəndaşlarda haqlı narazılıq doğura bilər:

“Avtobusların müasirləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və nəzarətin gücləndirilməsi – bunlar əsas məsələlərdir. Əgər bu tədbirlər görülərsə, qiymət  artımı daha asan uzlaşdırıla bilər. Yoxsa, vəziyyət əvvəlki kimi qalacaq”.//medianews