Yevlaxda sərnişin avtobusu və 4 avtomobil toqquşdu: Xəsarət alan var
Yevlaxda bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Azmedia.Az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
İlkin məlumata görə, qəzada “Mercedes” markalı sərnişin avtobusu, VAZ-2107 və daha üç avtomobil iştirak edib.
Hadisə zamanı xəsarət alan 1993-cü il təvəllüdlü Sərvan Məmmədov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


