ABŞ-nin İran ərazisinə son zərbələrinin ağır nəticələri: 18 nəfər öldü, 108 nəfər yaralandı-

ABŞ-nin İran ərazisinə son zərbələrinin ağır nəticələri:

ABŞ-nin İranın müxtəlif ərazilərinə həyata keçirdiyi son hava zərbələri nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Azmedia.Az xəbər verir ki, İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi bildirib ki, ötən gecə ölkənin müxtəlif vilayətlərinə yönələn hücumlar nəticəsində 18 nəfər həyatını itirib, 108 nəfər xəsarət alıb. 

Nazirin sözlərinə görə, hücumların nəticələri ilə bağlı yaralıların sayı 100 nəfəri ötüb.

Hadisə ABŞ və İran arasında hərbi qarşıdurmanın növbəti mərhələsi fonunda baş verib. Sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı ətrafında yerləşən İran obyektlərinə hava zərbələri endirib.

Bunun ardınca İran tərəfi ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarına cavab zərbələri həyata keçirdiyini açıqlayıb.

Hazırda bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.