Ağdaş qəzasında daha bir ölüm: Həlak olan şəxsin qardaşı dünyasını dəyişdi
Ağdaşda yol qəzasında ağır yaralanan daha bir nəfər dünyasını dəyişib, o qəza zamanı ölən şəxsin böyük qardaşıdır.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə dünən Ağdaşın Əmirmahmud ķəndi yaxınlığında baş vermişdi. İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Yevlax rayon sakini Elgün Həsənov hadisə yerində dünyasını dəyişmişdi. Onun ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən böyük qardaşı Ramin Həsənovun həyatını da xilas etmək mümkün olmayıb. Ramin Həsənov xəstəxanada keçinib. Qeyd edək ki, qəza nəticəsində ölən hər iki şəxs Yevlax rayon Xaldan qəsəbə sakinləridir. Ailədə cəmi iki qardaş olan bu şəxslərin ölümü ailənin çırağını söndürüb. Elgün subay, Ramin isə 3 uşaq atası idi. Atalarının vəfatının 1 illik dönəmi bu yaxınlarda qeyd olunmuşdu. Onlardan geridə qalan yalnız anaları, Raminin həyat yoldaşı və 3 uşağı oldu. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


