Ağdaşda iki avtomobil toqquşdu: yaralananlar var
Ağdaşda yol qəzası olub, iki nəfər xəsarət alıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Aşağı Zeynəddin kəndi yaxınlığında baş verib.
İki avtomobilin toqquşması nəticəsində rayon sakinləri – 1978-ci il təvəllüdlü Fezullayeva Məleykə Fazil qızı və 1960-cı il təvəllüdlü Novruzəliyev Vəli Rəhim oğlu müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılaraq müalicə üçün yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az




