İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bişkekdə regional məsələləri müzakirə ediblər- VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə görüş keçiriblər. Görüş zamanı regional təhlükəsizlik və iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub.
Azmedia.Az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının hazırladığı reportajda məlumat verilib.
Bildirilib ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edən iki lider regional sülh və sabitliyin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Reportajda qeyd olunub ki, görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin gələcək inkişaf istiqamətləri də nəzərdən keçirilib.
Tərəflər, həmçinin regional gündəmdə yer alan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparıblar.


