İlham Əliyev Mixeil Kavelaşviliyə başsağlığı məktubu ünvanlayıb

İlham Əliyev Mixeil Kavelaşviliyə başsağlığı məktubu ünvanlayıb

Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində insanların həlak olması və yaralanması Azərbaycan Prezidenti İlham Əliyevin də diqqətində olub. Dövlət başçısı Gürcüstan Prezidentinə başsağlığı məktubu göndərib.

Azmedia.Az xəbər verir ki, dövlət başçısının Gürcüstan Prezidentinə ünvanladığı məktubda deyilir:

“Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.