Müctəba Xameneidən rezonans doğuran bəyanat

Müctəba Xameneidən rezonans doğuran bəyanat

İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə imzalanan qarşılıqlı anlaşma memorandumu ilə bağlı xalqa müraciət edib. O, ölkənin ali rəhbərliyinin bu sənədə yanaşmasını və Prezident Məsud Pezeşkianın öhdəliklərini şərh edib.

Azmedia.Az xəbər verir ki, Müctəba Xamenei özünün "X" sosial şəbəkə hesabında yayımladığı bəyanatda məsələyə münasibətini açıq şəkildə ifadə edib:

"Prinsipcə, mənim (qarşılıqlı anlaşma memorandumu ilə bağlı) başqa fikrim var idi, lakin hörmətli Prezidentin (Məsud Pezeşkian), Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi, öz adından və Şura üzvlərinin adından İran xalqının və Müqavimət Cəbhəsinin hüquqlarını qorumaqla bağlı üzərinə götürdüyü öhdəliklə əlaqədar olaraq mən ona icazə verdim və onlar bunun məsuliyyətini daşımağa hazır olduqlarını təsdiqləyiblər".

Ali rəhbər qeyd edib ki, İran və ABŞ prezidentləri arasında saziş artıq imzalanıb. O, bu mərhələyə çatana qədər ciddi diplomatik səylərin göstərildiyini vurğulayaraq, ABŞ Prezidenti Donald Trampın bu sazişə nail olmaq üçün müxtəlif təzyiq vasitələrinə əl atdığını da qeyd edib.

Xatırladaq ki, iyunun 18-də imzalanan memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənədə əsasən, tərəflər gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi ilə bağlı konkret öhdəliklər götürüblər.