Mourinyonun “Real Madrid”də gələcəyi sual altındadır: Perez Deşamı düşünür
“Real Madrid”in nəticələri yaxşılaşmayacağı təqdirdə klub prezidenti Florentino Peresin baş məşqçi Joze Mourinyo ilə yolları ayırmaq və onun əvəzinə Didye Deşamı komandaya gətirmək variantını nəzərdən keçirdiyi bildirilir.
Azmedia.Az xəbər verir ki, “Radio Marca”nın məlumatına görə, Peres mümkün namizədlər arasında Fransa millisinin sabiq baş məşqçisi Didye Deşamın da adını nəzərdən keçirir.
Qeyd edək ki, “Real Madrid” İspaniya La Liqasının doqquzuncu turundan sonra 21 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Xatırladaq ki, 58 yaşlı Didye Deşam 2026-cı ildə Fransa millisini tərk etdikdən sonra hazırda işsizdir. O, karyerası ərzində “Monako”, “Yuventus” və “Marsel” klublarına rəhbərlik edib.
Deşam Fransa millisi ilə 2018-ci ildə dünya çempionu olub. Mütəxəssis, həmçinin 2020–2021-ci illər mövsümündə Millətlər Liqasının qalibi adını qazanıb.


