“Barselona”nın ulduzu Bakıya gəlməyəcək – “Sabah”la oyunda iştirak etməyəcək!- FOTO

“Barselona”nın ulduzu Bakıya gəlməyəcək – “Sabah”la oyunda iştirak etməyəcək!-

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Rodri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Sabah”a qarşı keçiriləcək matçda meydana çıxmayacaq. İspan futbolçu noyabrın 25-də Bakıda baş tutacaq qarşılaşmanı zədə səbəbindən buraxacaq.

Azmedia.Az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilib ki, 30 yaşlı futbolçunun sağ budunun arxa nahiyəsindən aldığı zədədən sonra bərpa prosesi gözləniləndən daha sürətlə gedir. Buna baxmayaraq, Kataloniya klubu oyunçunun sağlamlığını riskə atmaq istəmir və onun tam sağalmadan meydana çıxmasına icazə verməyi planlaşdırmır.

Gözlənilir ki, Rodri “Sabah”la qarşılaşmadan sonra komanda ilə ümumi məşqlərə qoşulacaq. Onun noyabrın 29-da “Deportivo”ya qarşı keçiriləcək matçda iştirak etməsi də istisna olunmur.

Xatırladaq ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.