İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini təbrik edib – FOTO
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ölkə tarixində ən uzun müddət hökumət başçısı vəzifəsində çalışması münasibətilə təbrik edib.
Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “X” hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub ki, Corcia Meloninin bu tarixi mərhələyə çatması onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının etimadını əks etdirir.
İlham Əliyev Baş nazir Meloninin Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsindəki şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirib.
Prezident iki ölkə arasında mövcud dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın Azərbaycan və İtaliya xalqlarının rifahı naminə bundan sonra da daha da dərinləşəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.


