İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azmedia. Az-ın bölgə müxbirinin məlumatına görə, "Opel" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, 23 yaşlı Nihad Allahverənov, "Opel"in sürücüsü, 38 yaşlı İsa Rzayev və minik avtomobilində olan daha bir nəfər həyatını itirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


