Mingəçevirdə avtomobil qadını vurub - FOTO
Mingəçevirdə piyada qadını avtomobil vurub.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə 20 Yanvar küçəsində baş verib.
Belə ki, “Toyota” markalı avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Məmmədova Sevda Rafiq qızını vurub.
Yaralı qadın xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


