Messi daha bir rekorda imza atdı? Yeni bitki növü onun şərəfinə adlandırıldı
Peruda aşkarlanan və nəsli kəsilmək təhlükəsi altında olan yeni bitki növünə səkkizqat “Qızıl top” sahibi Lionel Messinin adı verilib.
Azmedia.Az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Nəsli kəsilmək təhlükəsi altında olan yeni bitki növü “Salvia messii” adlandırılıb. Onun mavi və ağ rəngli çiçəkləri Argentina milli komandasının formasının rənglərini xatırladır.
Bitki And dağlarının yüksək dağlıq ərazilərində, Perunun mərkəzi və cənub hissələrində aşkarlanıb.


