“Barselona”ya 180 milyon avroluq təklif gəlir – İki ulduz futbolçu hədəfdə!- FOTO

“Barselona”ya 180 milyon avroluq təklif gəlir – İki ulduz futbolçu hədəfdə!-

“Çelsi” və “Barselona” arasında yanvar transfer pəncərəsində 180 milyon avroluq mümkün transfer gündəmə gəlib.

Azmedia.Az xəbər verir ki, London təmsilçisi “Barselona”nın futbolçuları Fermin Lopes və Jül Kunde ilə maraqlanır.

Məlumata görə, “Çelsi” yanvar ayında hər iki futbolçunun transferi üçün ümumilikdə 180 milyon avro xərcləməyi planlaşdırır. Xabi Alonso hər iki oyunçunu komandasında görmək istəyir.

İddialara əsasən, İngiltərə klubu Fermin Lopes üçün 120 milyon avroya qədər, Jül Kunde üçün isə 60 milyon avro təklif etməyə hazırdır.

Bununla belə, “Barselona” mövsümün ortasında hər iki futbolçusunu itirmək niyyətində deyil. Bu səbəbdən sözügedən ikili transferin reallaşması çətin görünür.