Naxçıvanda ağır qəza oldu - Ölən və yaralananlar var - FOTO
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azmedia.Az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Kərki kəndi ərazisindən keçən hissəsində baş verib.
"Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu ölüb. Avtomobildə olan 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əli qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərviz oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


