Universitetlərdə neçə plan yeri boş qaldı? – DİM-dən açıqlama

Universitetlərdə neçə plan yeri boş qaldı? – DİM-dən açıqlama

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul nəticələri ilə bağlı plan yerlərinin dolma göstəriciləri açıqlanıb.

Azmedia.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin məlumatına görə, bu il ali təhsil müəssisələrində ümumilikdə 1393 plan yeri boş qalıb.

O bildirib ki, qəbul aparılan ali təhsil müəssisələrində plan yerlərinin 97,71 faizi tutulub.

Məlumata əsasən, 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri tam dolub. Daha 4 ali təhsil müəssisəsində dolma göstəricisi 99 faiz, 4-də isə 98 faiz təşkil edib.

Ümumilikdə 34 ali təhsil müəssisəsində plan yerlərinin dolma səviyyəsi 95 faizdən yüksək olub.