Keçmiş nazirə yeni vəzifə verildi – Təhsil sahəsində kadr dəyişikliyi- FOTO
Təhsil sahəsində yeni kadr təyinatı həyata keçirilib. Keçmiş nazir Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinə rəhbərlik edəcək.
Azmedia.Az xəbər verir ki, Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub. İlhamə Abdullayeva isə tutduğu vəzifədən azad edilib. Məlumata görə, İlhamə Abdullayeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) şöbə müdiri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Elxan Tarqulu oğlu Nəcəfov bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad olunmuşdu. O, bundan əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbəri vəzifəsində də çalışıb.

