Peşə təmayüllü siniflərdə təhsil ödənişsizdir? – Qəbul qaydaları AÇIQLANDI- FOTO/VİDEO
Məktəblilərin həm ümumi təhsil alması, həm də müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi üçün yaradılan peşə təmayüllü siniflərə maraq artır. Bəs bu siniflərdə təhsil ödənişlidirmi və qəbul prosesi hansı qaydada həyata keçirilir?
Azmedia.Az xəbər verir ki, bu barədə Layihə koordinatoru Fəridə Rəhimli ətraflı məlumat verib.
Fəridə Rəhimlinin sözlərinə görə, peşə təmayüllü siniflərdə təhsil tamamilə ödənişsizdir.
Bildirilib ki, bu siniflər 10–11-ci sinif şagirdləri üçün nəzərdə tutulub və tam orta ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərir. Burada təhsil alan şagirdlər əsas fənlərlə yanaşı, müxtəlif peşə istiqamətləri üzrə ilkin bilik və bacarıqlara da yiyələnirlər.
Peşə təmayüllü siniflərdə təhsil almaq istəyən şagirdlər 9-cu sinfi başa vurduqdan sonra ərizə ilə öz məktəblərinə və ya həmin siniflərin fəaliyyət göstərdiyi digər ümumtəhsil müəssisəsinə müraciət edərək təhsillərini davam etdirə bilərlər.
Gələcək peşənizin ilk addımlarını məktəb illərində peşə təmayüllü siniflərlə atın!
Əli Şəyəldiyev
Azmedia.Az

